Son çempion gürcülərlə oynadı- - FutbolPlanet.az

İdman jurnalistləri arasında təşkil olunan "Media Turniri-2"nin qalibi olan "İnternasional"ın Gürcüstan səfəri başa çatıb. Komandamız 3 günlük Tiflis səfəri çərçivəsində gürcü həmkarları ilə də yoldaşlıq oyunu keçirib və görüşdən 3:5 hesablı məğlubiyyətlə ayrılıb. Son çempionun heyətində yer alan Stadium.Az saytının müxbiri Xanoğlan İmanov dubl müəllifi olub. Təmsilçimizin sonuncu qolunu isə FutbolPlanet.Az saytının baş redaktoru Elvin Rüstəmov vurub. Bu komandalar arasında cavab qarşılaşması bir müddət sonra Bakıda baş tutacaq.