UEFA "Marsel"i sərt şəkildə cəzalandırıb. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb klubun azarkeşlərinin Avropa Liqasının ötən mövsüm keçirilən oyunları zamanı etdiyi hərəkətlərdir. Bu səbəbdən fransız klubu şərti olaraq bir illik avrokuboklardan qovulub. 2i illik sınaq müddətində növbəti qayda pozuntusu komandanın bir mövsümlük cəzalanması ilə nəticələnəcək. Eyni zamanda 100 min avro məbləğində cərimə olunan komanda avrokuboklarda növbəti ev oyununu azarkeşsiz keçirəcək.