Keylor Navasa yeni təklif- - FutbolPlanet.az

2014-cü ildən "Real"da çıxış edən Keylor Navas klubla müqaviləni uzatmaq üzrədir. FutbolPlanet.Az xəbər verir ki, mövcud sözləşməsi 2020-ci ilədək qüvvədə olan qapıçı ilə əlavə 2 illik saziş bağlanacaq. İspan nəhənginin yeni baş məşqçisi Xulen Lopeteqi kolumbiyalı qolkiperi buraxmaq istəmədiyindən, 31 yaşlı əlcək sahibinə yeni müqavilə təklif olunub.