Luis Felipe Skolari "Palmeyras"ın yeni baş məşqçisi olub. FutbolPlanet.Az xəbər verir ki, Braziliya klubu təcrübəli mütəxəssislə 2 illik müqavilə bağlayıb. 69 yaşlı çalışdırıcı 1997-2000 və 2010-2012-ci illərdə də "Palmeyras"a rəhbərlik etdiyindən, kluba yad sima sayılmır. Onun son iş yeri "Quançjou" olub.