Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinqi açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olub. Belə ki, 17.875 xalı olan Azərbaycan 23-cü pillədə qərarlaşıb. Belarus 23-cü pillədən 21-ə (18,375), Polşa 21-ci yerdən 20-yə (18,500) yüksəlib. İsveç isə 2 pillə irəliləyərək 22-ci pillədə yer alır.