Növbəti mövsümdən Premyer Liqa debüt edəcək "Sabah" futbol klubunun sponsoru açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisinin büdcəsinin əsasən "Bridge Group of Companies" və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacağı qeyd olunub. Keçən il yaradılan komandanın təsisçisi "Bridge Group of Companies"in rəhbəri Yaqub Hüseynovdur. Prezident isə Maqsud Adıgözəlovdur. "Sabah"da Müşahidə Şurası da fəaliyyət göstərəcək və üzvlər yaxın günlərdə bilinəcək.