"Sumqayıt"ın 2 rəqibi bilindi- - FutbolPlanet.az

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. FutbolPlanet.Az xəbər verir ki, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Nazim Süleymanovun yetirmələri 19 iyul tarixində Qətər Super Liqasının debütantı "Əl-Şəhaniyə", 22 iyulda isə Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor" ilə qarşılaşacaq. İlk qarşılaşma Kızılcahamamda yerli saatla 17:00-da, ikinci görüş isə Topuk yaylasında saat 16:00-da start götürəcək. Digər iki rəqib barəsində isə açıqlama veriləcək.