"Arsenal"ın sabiq üzvü Santi Kazorla uzun fasilədən sonra yaşıl meydanlara ayaq basıb. FutbolPlanet.Az xəbər verir ki, 2016/2017 mövsümündə ciddi zədə alaraq, ayağını itirmək təhlükəsi ilə üz-üzə qalan və dəfələrlə əməliyyat olunan 33 yaşlı yarımmüdafiəçi 636 gündən sonra futbola qayıdıb. O, "Vilyareal"ın "Herkules"lə matçında (1:1) həsrətə son qoyub. 57-ci dəqiqədə oyuna daxil olan təcrübəli futbolçu performansı ilə diqqət çəkib.