Sançes ABŞ-a buraxılmadı- - FutbolPlanet.az

"Mançester Yunayted"də forma geyinən Aleksis Sançes komandanın ABŞ-dakı təlim-məşq toplanışına gedə bilməyib. FutbolPlanet.Az xəbər verir ki, qarşı tərəf 29 yaşlı oyunçuya viza verməyib. Belə ki, çilili futbolçunun İspaniyada vergidən yayındığı üçün aldığı 16 aylıq həbs cəzası ucbatından problem yaranıb. Onun həbs cəzası pul cəriməsi ilə əvəzlənsə də, bu, viza almaq üçün yetərli olmayıb. Təcrübəli hücumçu məşqlərini İngiltərədə davam etdirəcək.