"Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu maraqlı addım atıb. Klub abituriyentlərə pulsuz bilet verəcək. Bunun üçün abituriyentlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsiylə bu gün saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən “iticket” kassalarına yaxınlaşmalıdır. Məlumatı klubun rəsmi "facebook" səhifəsi yayıb. Xəbərdə aksiyanın iyulun 18-i keçirləcək ali təhsil müəssisələrinə I və IV qrupları üzrə imtahan verən abituriyentlərə şamil olunduğu vurğulanıb. Pulsuz bilet almaq istəyənlər 18 iyul, saat 17:00-a qədər müraciət edə bilərlər.

“Qarabağ” - “Olimpiya” görüşü iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:00-da start götürəcək.