Ronaldodan vida məktubu- - FutbolPlanet.az

"Yuventus"la 4 illik müqavilə bağlayan Kristiano Ronaldo "Real" azarkeşlərinə məktub ünvanlayıb. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı forvard ispan klubunun tərəfdarlarına təşəkkür edib: "Real" və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də, “Real” rəhbərliyindən məni satmalarını xahiş etdim. Bu, mənim qərarımdır və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm. Bu, möhtəşəm 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. “Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənimlə olacaq. 9 il əvvəl dediyim kimi, “Yaşasın Madrid!".