Fransa millisinin aparıcı üzvü Kilian Mbappe DÇ-2018-in yarımfinalında Belçika ilə oyundan sonra bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, 19 yaşlı hücumçu rəqibin yaxşı oyun göstərdiyini deyib: "Bu yarışdakı ən çətin matçımız idi. Belçikanın fərqli taktikası var. Onlar çox yaxşı oyunçulara sahibdirlər. Biz xoşbəxtik. Əlimizdən gələni etdik. Rəqibin çox güclü oyunçuları var idi. Onlara qarşı oynamaq çətindir. Bu dünya çempionatında Belçika çox yaxşı oynadı. Simulyasiya etdiyim üçün tənqid olunuram? Hər kəs istədiyini düşünməkdə azaddır. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm. Məqsədim komandama kömək etməkdir, ən vacibi budur. "Qızıl top" vecimə deyil, dünya çempionu olmaq istəyirəm".