"Real"ın aparıcı üzvü Kristiano Ronaldonun Madrid klubundakı gələcəyi bu gün bilinəcək. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı forvardın agenti Jorje Mendeş bu gün komandanın prezidenti Florentino Pereslə görüşəcək. Görüş zamanı Mendeş Ronaldo üçün göndərilən 100 milyon avroluq təklifi klub prezidentinə təqdim edəcək. Danışıqlar uğurlu alınsa, 33 yaşlı hücumçunun yeni klubu 48 saat müddətində müəyyənləşəcək.