Sampaoli millidə qaldı- - FutbolPlanet.az

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli vəzifəsində qalacaq. FutbolPlanet.Az xəbər verir ki, bu barədə qərar Argentina Futbol Federasiyasının prezidenti Kladio Tapieylə görüşdən sonra verilib. DÇ-2018-dəki uğursuzluqdan sonra 58 yaşlı çalışdırıcının istefaya göndəriləcəyi ehtimal olunsa da, onun 5 illik müqaviləsi qüvvədə olduğundan, postunda qalıb. Sampaolinin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə, ona 8 milyon avro təzminat ödənməli idi.