17 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək oyunda İranla üz-üzə gələcək. Bu komandalar arasında iyulun 7-də keçirilmiş yoldaşlıq oyunu İran yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.