"Latsio"da çıxış edən Siro İmmobile bıçaqlı hücuma məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, Frankavilla Al Mare ərazisində baş verən hadisə zamanı azarkeş əvvəlcə futbolçunun dostları ilə mübahisə edib, daha sonra isə Siroya və ətrafdakılara bıçaqla hücum edərək, oradan uzaqlaşıb. Artıq polis həmin şəxsin kim olduğunu müəyyənləşdirib və onun futbol izləməsinə qadağa qoyulan çılğın azarkeş olduğu məlum olub.