Dünya çempionatının yarımfinal mərhələsinin Belçika - Fransa oyununu idarə edəcək hakimlər bəlli olub. FutbolPlanet.Az xəbər verir ki, sabah keçiriləcək matçı uruqvaylı Andres Kunya idarə edəcək. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını meksikalı Sezar Ramos icra edəcək.