UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ”ın Lyublyana təmsilçisi ilə ilk oyundan öncə keçiriləcək son məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, sabah baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sözügedən matç iyulun 11-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.