"Trabzonspor"da oyunçuların illik maaşı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin də qazancı bəlli olub. Gənc hücumçumuz türk klubunda qalsa, ilinə 400 min avro qazanacaq. Komandanın ən yüksək məvacib alan futbolçusu isə Burak Yılmazdır. O, illik 3 milyon 550 min avro gəlir əldə edəcək.