DÇ-2018-in 1/4 finalında bu gün Belçika ilə üz-üzə gələcək Braziliya millisində itki var. FutbolPlanet.Az xəbər verir ki, sambaçılar Danilonun xidmətindən məhrum olub. 26 yaşlı müdafiəçinin məşq zamanı topuğundan zədələnib və turnirin digər görüşlərində iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Danilo DÇ-2018-də İsveçrə ilə oyunda (1:1) 90 dəqiqə oynayıb.