"Qarabağ" növbəti transferini reallaşdırıb. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu Vaqner Da Silvanı heyətinə qatıb. Braziliyalı qapıçı ilə bağlanan müqavilənin detalları barədə açıqlama verilməyib. Son mövsümü icarə əsasında Portuqaliya "Boavişta"sında keçirən 32 yaşlı qolkiper müqavilə ilə Belçikanın "Muskron" klubuna məxsusdur.