"Bavariya" yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib. FutbolPlanet.Az xəbər verir ki, sentyabrın 1-dən yeni işinə başlayacaq 46 yaşlı xorvatiyalı mütəxəssis xoşbəxt olduğunu dilə gətirib: "Yenə buradayam. Komanda məni seçdiyi üçün çox xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik".