"Roma" transfer çalışmalarına ara vermir. FutbolPlanet.Az xəbər verir ki, italyan klubu "Ayaks"da çıxış edən Hakim Ziyexi heyətinə qatıb. Paytaxt təmsilçisi bu keçid üçün holland klubuna 30 milyon avro ödəyib. "Roma" daha əvvəl Ante Çoriç, Brian Kristante, İvan Markano, Castin Kluyvert, Antonio Mirante, Davide Santon, Nikolo Zaniolo, Xavyer Pastore və Uilyam Biandanı transfer edib.