"Neftçi" daha bir müqavilə reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu Namik Ələskərovla sazişi uzadıb. Tərəflər arasında 2019/2020 mövsümünün sonunadək yeni sözləşməyə qol çəkilib. 23 yaşlı futbolçunun indiki müqaviləsi növbəti mövsümün sonunadək qüvvədə idi. "Neftçi" bunadək Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqaviləni uzadıb.