Andres İnyesta İspaniya millisindəki karyerasını bitirib. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Rusiyaya məğlubiyyətdən sonra belə qərar verib. 2006-cı ildən yığmanın şərəfini qoruyan 34 yaşlı futbolçu keçirdiyi 136 matçda 13 qol vurub, 27 assistlə yadda qalıb. O, dünya və ikiqat avropa çempionudur.