Millimizin üzvü Ramil Şeydayevin "Mattersburq"a keçidi reallaşmaq üzrədir. FutbolPlanet.Az xəbər verir ki, "Qarabağ"ın keçmiş hücumçusu tezliklə ictimaiyyətə təqdim olunacaq. Avstriya klubu Şeydayev də daxil, 6 yeni oyunçusunu bir gündə təqdim etməyi planlaşdırır.