"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubuna qarşı keçirəcəyi hər 2 matçın başlama saatı müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, Lüblyanada baş tutacaq ilk görüş iyulun 11-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq cavab qarşılaşması isə iyulun 18-i, saat 21:00-a təyin olunub.