"Mançester Yunayted" "Bavariya"dan ayrılacağı gözlənilən Jerom Boatenqi heyətinə qatmağı planlaşdırır. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubu istəyini reallaşdırmaq üçün qarşı tərəflə təmasa keçib. Bundesliqa təmsilçisi 29 yaşlı futbolçu üçün Mançester klubundan 57 milyon avro tələb edib. "Qırmızı şeytanlar" məbləği bir qədər aşağı salmaq üçün danışıqları davam etdirir.