Peru ilə matçda komandasının qələbə qolunu vuran Kilian Mbappe Fransa millisinin tarixinə düşüb. FutbolPlanet.Az xəbər verir ki, gənc hücumçu yığmanın heyətində mundiallar tarixində qol vuran ən gənc oyunçu adına yiyələnib (19 yaş, 183 gün). Bundan əvvəlki rekord DÇ-1998-də David Trezeqeyə məxsus idi (20 yaş, 246 gün).