"Qarabağ" heyətinə yeni qapıçı qatmaq istəyir. FutbolPlanet.Az xəbər verir ki, ölkə çempionu "Harts"ın çərçivə qoruyucusu Con Makloflinə "elçi düşüb". Ağdam təmsilçisi Şotland klubu ilə müqaviləsi başa çatan 30 yaşlı qolkiperə 2 illik saziş təklif edib. Hazırda azad agent statusu daşıyan Makloflinin təklifə müsbət yanaşdığı deyilir. "Qarabağ" "Peskara"nın qapıçısı Vinçentso Fiorilloya da təklif göndərib.