"Yuventus" "Liverpul"dan ayrılan Emre Canla münasibətləri rəsmiləşdirib. FutbolPlanet.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Turin klubuna azad agent kimi keçib. Almaniya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Türk əsilli futbolçu yeni komandasında illik 5 milyon avro qazanacaq.