Cari mövsüm Türkiyə Super Liqasında vəsiqə qazanan "Çaykur Rizespor" heyətini gücləndirmək niyyətindədir. FutbolPlanet.Az xəbər verir ki, türk klubu "Qarabağ"dan ayrılan İbrahim Şehiçlə razılığa gəlib. Tezliklə tərəflər arasında münasibətlər rəsmiləşəcək. Adı "Parma" və "Erzurumspor"la da hallanan Bosniya və Herseqovina yığmasının qapıçısı sərfəli təklif aldığı üçün "Çaykur Rizespor"u seçib.