Belçika millisinin müdafiəçisi Tomas Vermalen zədəsini sağaldıb. FutbolPlanet.Az xəbər verir ki, La Liqanın 37-ci turunda "Levante" ilə matç zamanı sıradan çıxan 32 yaşlı oyunçu yığmanın kollektiv hazırlığına qoşulub. Təcrübəli müdafiəçinin Tunislə görüşdə meydana çıxıb-çıxmayacağı hələ bilinmir.