Lionel Messinin anası Siliya Mariya Kuççitini maraqlı fikirlər səsləndirib. FutbolPlanet.Az xəbər verir ki, o, oğlunun dünya kubokuna görə ağladığını deyib: "Onun məqsədi dünya kubokunu qazanmaq, onu evə aparmaqdır. Bu, Messinin ən böyük arzularından biridir. Onun hərdən necə əzab çəkdiyini və ağladığını görürük. Dünya kubokunu Argentinaya gətirməyi ən birinci o istəyir. Hamıdan çox Messi kuboku əldə etmək üçün hər şeyini verməyə hazırdır".