"Qəbələ"nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində "Proqres"ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib. FutbolPlanet.Az xəbər verir ki, iyulun 12-də olacaq ilk qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi səfərdə yox, Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.