Kristiano Ronaldo maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, Portuqaliya millisinin aparıcı üzvü keçi saqqalı saxlamasının səbəbini açıqlayıb: "Komanda yoldaşlarıma dedim ki, İspaniya ilə oyunda qol vursam, keçi saqqalımı saxlayacam. Mən qollar vurdum, ikinci matçda da fərqləndim. Mundial başa çatana kimi bu saqqalı saxlayacam. Çünki mənə uğur gətirir".