Canluici Buffon növbəti mövsümdən PSJ-nin uğurları üçün çalışacaq. FutbolPlanet.Az xəbər verir ki, italyan qapıçı tezliklə tibbi müayinədən keçəcək. 40 yaşlı qolkiper Parisdə özünə ev axtarmağa da başlayıb. Fransız klubu ilə 2 illik müqavilə bağlayacağı ehtimal olunan Buffon yeni komandasında illik 7 milyon avro qazanacaq.