İran yığmasına qarşı oyun İspaniya millisinin aparıcı üzvü Jerar Pike üçün yubileylə əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli oyunçu millidə 100-cü matçına çıxıb. 31 yaşlı müdafiəçi yığmada 100 oyun həddinə çatan sayca 13-cü futbolçudur. Rekord isə İker Kasilyasa məxsusdur (167 oyun).