"Qalatasaray" ilk transferini reallaşdırıb. FutbolPlanet.Az xəbər verir ki, İstanbul təmsilçisi qışda icarə əsasında heyətinə qatdığı Yuto Nagatomonu birdəfəlik alıb. Yaponiyalı futbolçunun keçidi üçün "İnter"ə 3 milyon avro ödənilib.