UEFA "Milan"ı Avropa Liqasından uzaqlaşdıra bilər. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb italyan klubunun maliyyə feyr-pleyinə əməl etməməsidir. Klub rəhbərliyi məsələni həll etmək üçün qitə futbol qurumuna 2-ci dəfə təklif irəli sürüb. Ancaq qarşı tərəf təklifi rədd edib. Milan təmsilçisi cəzalanacağı təqdirdə, İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.