İsveçrənin Nyon şəhərində Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, sözügedən turnirdə ölkəmizi təmsil edəcək "Qəbələ", "Neftçi" və "Keşlə"nin də rəqibləri bilinib. Belə ki, "Qəbələ" "Proqres" (Lüksemburq), "Neftçi" "Uypeşt" (Macarıstan), "Keşlə" isə "Baltsan" (Malta) klubu ilə üz-üzə gələcək. Ümumilikdə 47 cütün formalaşdığı ilk mərhələnin oyunları 12-19 iyulda keçiriləcək.