Çempionlar Liqasına hazırlaşan "Qarabağ" ölkə daxilindəki hazırlığını tamamlayıb. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu sabah təlim-məşq toplanışı keçmək üçün Avstriyaya yola düşəcək. "Köklən atlar" toplanış zamanı Ludoqorets (Bolqarıstan), Vakker İnsbruk (Avstriya), Suriya yığma komandası və Dinamo (Kiyev, Ukrayna) ilə yoxlama görüşləri keçirəcək. Toplanış iyulun 4-də başa çatacaq.

Qeyd edək ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq.