"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) klubu ilə görüşəcək. FutbolPlanet.Az xəbər verir ki, tərəflər arasında ilk duel Sloveniyada baş tutacaq. Görüş iyulun 11-i, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı bundan 1 həftə sonra Bakıda reallaşacaq.