"Roma" baş məşqçisi Eusebio Di Françesko ilə müqaviləni uzadıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu 48 yaşlı çalışdırıcı ilə 2019/2020 mövsümünün sonunadək sözləşmə imzalayıb. Beləliklə, ötən mövsümdən italyan klubuna rəhbərlik edən Eusebio 2 il də postunda qalacaq.