Kosta-Rika ilə oyunda vurduğu yeganə qolla Serbiya millisinə qələbə qazandıran Aleksandr Kolarov xüsusi hədiyyə qazanıb. FutbolPlanet.Az xəbər verir ki, Samara əyalətinin rəhbəri Dmitri Azarov təcrübəli müdafiəçiyə "Lada" avtomobili hədiyyə edib. Azarov bunun yaxşı xatirə olacağına və Kolarovun Samaranı həmişə xatırlayacağına ümid etdiyini bildirib.