"Arsenal"da çıxış edən Mesut Özil Çeşmədən villa alıb. FutbolPlanet.Az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi malikanə üçün 1 milyon avrosundan keçib. Amine Gülşe ilə sevgili olduğu üçün mütəmadi Türkiyəyə gedən futbolçu yayda həmin məkanda istirahət etməyi planlaşdırır. 29 yaşlı futbolçu villanı tezliklə evlənəcəyi Gülşeyə hədiyyə edib.