Meksika millisinin təcrübəli oyunçusu Rafael Markez Almaniya ilə oyunda meydana çıxaraq, rekorda şərik olub. FutbolPlanet.Az xəbər verir ki, 39 yaşlı müdafiəçi karyerası ərzində beşinci dəfə dünya çempionatının iştirakçısı olub. O, bu uğura imza atan sayca üçüncü futbolçudur. Markesə qədər meksikalı Antonio Karbahal (1950-1966) və almaniyalı Lotar Matteus (1982-1998) 5 dəfə dünya çempionatında iştirak etmişdilər.