Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Armando Maradona İslandiya ilə oyundan sonra millinin baş məşqçisi Xorxe Sampaolini tənqid edib. FutbolPlanet.Az xəbər verir ki, keçmiş oyunçu uğursuzluqda çalışdırıcını günahlandırıb: "Əgər Sampaoli belə davam etsə, Argentinaya qayıda bilməyəcək. Onun oyun üçün planı yox idi. Bu, dəhşətdir. Bilə-bilə ki, İslandiya futbolçularının boyu hündürdür, künc zərbələri zamanı havadan oynayırdıq. Bu zaman bir dəfə də olsun yerlə ötürmə etmədik. Bu oyun planı yox, biabırçılıqdır".