İntizamsız hərəkətlərinə görə "Ayntraxt"dan qovulan millimizin üzvü Renat Dadaşovun yeni komandasının adına aydınlıq gəlib. FutbolPlanet.Az xəbər verir ki, 19 yaşlı hücumçu Portuqaliyanın II liqasında mübarizə aparan "Eştoril" klubuna keçib. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.