"Beşiktaş"ın çalışdırıcısı Şenol Güneş Trabzon Hava Limanında onu təhqir edən azarkeşi bağışlayıb. FutbolPlanet.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis həmin fanatın qarşısına şərt qoyub. Belə ki, təcrübəli məşqçi azarkeşə "İdmanda şiddətə yox" yazılmış broşürlər paylamasını və əsəblərinə nəzarət adlı təlimə getməsi şərtini qoyub.